Vəliəhd Salman onun burnundan öpdü

16 İyul 2022 22:29

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın sədrlik etdiyi sammitdə Bəhreyn vəliəhdi və Baş naziri Salman bin Həməd əl-Xəlifə ilə görüşündə obyektivlərə maraqlı görüntülər əks olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Salman əl-Xəlifənin burnundan öpərək qarşılayıb.

Qeyd edək ki, burundan öpmək Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər körfəz ölkələrinə xas salamlaşma formalarından biridir.

Milli.Az