Ronaldoya 275 milyonluq təklif

16 İyul 2022 22:28

Adı açıqlanmayan Səudiyyə Ərəbistanının klublarından biri "Mançester Yunayted"in portuqaliyalı ulduzu Kristiano Ronaldoya iki mövsüm üçün 275 milyon avroluq müqavilə təklif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ronaldo onu dünyanın ən çox qazanan futbolçusu edəcək təklifdən imtina etməyə hazırlaşır.

Qeyd edək ki, bir müddət öncə portuqaliyalı ulduzun Almaniyanın "Bavariya" klubu ilə 1 illik müqavilə imzalayacağı bildirilmişdi.

Milli.Az