İki uşaq anası sirkə turşusundan zəhərlənib ÖLDÜ

16 İyul 2022 22:23

Yevlaxda qadın zəhərlənərək ölüb.

Hadisə rayonun Meyvəli kəndində baş verib. Belə ki, ata evinə qonaq gələn iki uşaq anası 1995-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Əhmədova Sayad Əyyub qızı naməlum səbəbdən sirkə turşusundan zəhərlənib.

Qadın dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az