Bu oyunu azərbaycanlı hakimlər idarə edəcək

16 İyul 2022 20:47

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Rapid" (Avstriya) - "Lexiya" (Polşa) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Milli.Az