Prezident İlham Əliyev "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
Direktorlar Şurasının sədri
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
Milli.Az