Pulla oynayan 15 yaşlı qız: Bu yolla milyonçu oldu - FOTO

16 İyul 2022 18:37

6 yaşından sosial mediada yaradıcılıqla məşğul olan İsabella Barret adlı qız artıq milyonçudur.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 15 yaşlı qız sosial media vasitəsilə illik 2 milyon dollar qazandığını bildirib. Yeniyetmə bildirir ki, o əvvəlcə helikopterin qarşısında çəkdirdiyi foto ilə sosial mediada məşhur olub. İsabellə ardınca əsrarəngiz mənzərəli ərazilərdə fotolar çəkib. Bu məşhurluq reklam şirkətlərinin də diqqətini çəkib. Yeniyetmə indi model kimi də təkliflər alır.

Milli.Az