Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələsgərli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü B.Xəlilov bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az