Bakıda gənc xəsarət alıb

16 İyul 2022 08:44

Bakıda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1993-cü il təvəllüdlü İsayev Fikrət Rüstəm oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az