Bakıda avtomobil 34 yaşlı qadını vurub

16 İyul 2022 08:34

Bakıda 34 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Süleymanova Şəlalə Fəxri qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az