Yunanıstanın baş naziri Quterreş ilə görüşüb

16 İyul 2022 08:23

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis BMT-nin baş katibi Antonio Quterreşi qəbul edib.

Bu barədə baş nazir özünün "Twitter" səhifəsində yazıb.

"Bu axşam Yunanıstanda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreşi qarşılamaqdan böyük məmnunluq hissi keçirdim. Qarşılaşdığımız əsas beynəlxalq problemləri qeyri-rəsmi müzakirə etmək üçün yaxşı fürsət", - deyə K.Mitsotakis bildirib.

Milli.Az