Ukrayna ABŞ-dan ilk uzaqmənzilli "M270" raket sistemlərini alıb

15 İyul 2022 23:20

Ukrayna ABŞ-dan ilk uzaqmənzilli "M270" raket sistemlərini alıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov tvitter-də bildirib.

"M270" universal sistemləri "MLRS" kimi taktiki raketlərin buraxılması üçün istifadə olunur. Minimum atəş məsafəsi mərminin növündən asılı olaraq 2 000 metr, maksimum məsafə 40 000-80 000 metrdir. Taktiki raketləri 220 kilometrə qədər məsafəni vurmağa qadirdir.

Xatırladaq ki, bundan əvvəl Norveçin Ukraynaya üç "M270" raket kompleksi təhvil verəcəyi barədə məlumat yayılıb.

Milli.Az