Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru İrəvanda məxfi səfərdədir

15 İyul 2022 15:09

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börns Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

Milli.Az bildirir ki, onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, habelə parlament spikeri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi ilə danışıqlar aparacağı vurğulanır.

V.Börnsün səfəri ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyi heç bir açıqlama yaymayıb.

Milli.Az