Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis təyin edildi

15 İyul 2022 14:58

Prezident İlham Əliyev İ.R.Abbasovun Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Milli.Az