Qərb Gürcüstanı müharibəyə cəlb edir?

15 İyul 2022 15:37

Qərbin Gürcüstanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək istəməsi ilə bağlı edilən bəyanatlar yalandır və qəti şəkildə həqiqətə uyğun deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Gürcüstandakı səfiri Karl Xarçel bildirib.

Onun sözlərinə görə, müharibənin yayılması ilə bağlı Avropa Birliyinin heç bir istəyi olmayıb və gələcəkdə də olmayacaq:

"Bu, qəti şəkildə həqiqətə uyğun gəlmir. Düzünü desəm, AB və ya ABŞ haqqında belə yalan bəyanatlar verməyə çalışanları görəndə çox üzülürəm. AB-nin öz tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynada əsassız müharibəsinin ilk günündən bu vəhşiliyə son qoymaq, Ukraynaya və onun xalqına sülh gətirmək üçün necə yorulmadan çalışdığını hər kəs gördü".

Xatırladaq ki, son günlər Gürcüstanın hakim partiyasının bəzi nümayəndələri Qərbin Gürcüstanı müharibəyə sürükləmək istədiyi barədə açıqlamalar veriblər.

Milli.Az