“Yaxşı qızı oynamağa nə var ki...”

15 İyul 2022 18:00

"Tamaşaçılarım həmişə mənə sual verir ki, siz niyə filmlərinizdə daha çox xalaları, evdə qalmışları, yaşlı qadınları canlandırırsız? Mənim görüntümə aldanmayın. İçimdə bir "Pakizə" yatır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova instaqram hesabının hekayə bölməsində deyib.

Zarina fərqlilik yaratmaq istədiyini bildirib: "Yaxşı qızı oynamağa nə var ki? Düzdür, o rollarda sevilmişəm. Amma bu rollarımla da sevilirəm. Biraz rəngarəng olmaq lazımdır".

Milli.Az