2014-cü ildə yayımlanan "Kiraz mevsimi" serialında rol alarkən sevgili olan, Türkiyənin məşhur cütlüyü aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu evlənib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük Almaniyada nikah bağlayıb.
Onlar nikah mərasimindən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.
Qeyd edək ki, Özge və Serkanın toyu avqustun 13-ü İtaliyanın Verona şəhərində baş tutacaq.
Nikah mərasimindən olan fotoları təqdim edirik:
Milli.Az