500-dən çox qadın “Uber” sürücülərini cinsi zorakılıqda ittiham edir

15 İyul 2022 09:30

ABŞ-da 500-dən çox qadın sürücülərin cinsi təcavüzünə görə "Uber"i məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iddia ərizəsinin mətnində bildirilib.

Sənəddə qeyd olunub ki, bir neçə ştatda qadın sərnişinlər qaçırılıb, cinsi təcavüzə məruz qalıb, döyülüb, təcavüzə və ya digər zorakılığa məruz qalıb.

İddia "Slater Slater Schulman" hüquq firması tərəfindən San Fransisko Dairəsinin Ali Məhkəməsində qaldırılıb.

Bu günə qədər şirkətin "Uber"ə qarşı iddiaları olan 550 müştərisi var.

Milli.Az