“2024-cü il seçkilərində iştirak etmək qərarına gəldim” - Tramp

15 İyul 2022 08:06

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizəd olmaq qərarını verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Donald Tramp "New York Magazine" jurnalına müsahibəsində 2024-cü il prezident seçkiləri ilə bağlı danışan zaman deyib.

Yenidən prezidentlik yarışına girdiyi zaman qalib gələcəyinə inandığını ifadə edən Tramp, "Bu mövzuda qərarımı vermişəm, artıq problem yoxdur" deyib.

Milli.Az