İtaliya prezidenti baş nazir Draqinin istefasını qəbul etməyib

14 İyul 2022 23:35

İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

Bu barədə İtaliya prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub, S.Mattarella M.Draqi ilə Kvirinal sarayında görüşüb:

"Respublika Prezidenti istefanı qəbul etməyib və bu gün Respublika Senatında keçirilən iclasdan sonra yaranmış vəziyyəti qiymətləndirmək üçün Şura sədrini Parlamentə gəlməyini təklif edib".

Milli.Az