Avropada aviabiletlər 20 faizdən çox bahalaşa bilər

14 İyul 2022 21:47

Avropa aviaşirkətləri tətillər, yanacağın bahalaşması və işçi çatışmazlığı ilə əlaqədar ilin sonunadək bilet qiymətlərini 21 faiz bahalaşdıra bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın "Allianz" sığorta şirkətinin proqnozunda deyilir.

Şirkət bildirir ki, avropalı aviadaşıyıcıların mövcudluğunu davam etdirə bilməsi üçün iki həll yolu var: uçuşları təxirə salmaq, ya da biletlərin qiymətini artırmaq.

Qeyd olunur ki, Avropa aviaşirkətləri üçüncü il ard-arda 10 milyard dollara yaxın itkilərlə üzləşir. Təkcə 2022-ci il ərzində bu şirkətlər əməkdaşlarının 8 faizini ixtisar edib.

Milli.Az