Türkiyədə gəmidə qəza oldu: Azərbaycanlı matros həlak oldu - FOTO

14 İyul 2022 20:21

Türkiyədə gəmidə iş zamanı 4 nəfər xəsarət alıb, bir azərbaycanlı dünyasını dəyişib.

Milli.Az qaynarinfo-ya istinadən bildirir ki, hadisə dünən Türkiyədə dəniz limanlarının birində baş verib.

Belə ki, özəl firmada işləyən, əslən Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 29 yaşlı Nahid adlı matros gəmidə iş qəzası nəticəsində həyatını itirib.

Hadisə zamanı 4 nəfər yaralanıb.

Milli.Az