Prezident ötən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

14 İyul 2022 16:23

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib.

Milli.Az