Günün təamı: "Dilbər dodağı"
3 Aprel 2012 07:00
Tərkibi:
xəmir:
1 yumurta
1 yumurtanın sarısı
1,5 qəhvə fincanı süd
3 x.q. bitki yağı
1 çimdik duz
1 x.q. sirkə
un
yaymaq üçün:
buğda nişastası
iç:
qoz (fındıq)
yumurta ağı
darçın
şəkər tozu
üstünə:
100 q kərə yağı və ya marqarin
şərbət:
2 st. şəkər tozu
1,5 st. su
3-4 damcı limon suyu
Şərbət üçün olan ərzağı bir qazanda qarışdırıb, qaynadıb soyudun.
Xəmir üçün olan duru ərzağı qarışdırın, sonra un və duz əlavə edib xəmir yoğurun. Xəmir ələ yapışmamalıdır. 10 kündəyə bölün.
Çörək taxtasının üzərinə buğda nişastası səpərək hər kündəni desert boşqabı boyda yayın. Sonra aralarına nişasta səpməklə bu boşqab boyda lavaşları üst-üstə yığıb oxlovla tava böyüklüyündə yayın.
İç üçün olan ərzaqları qarışdırın.
Stəkanın köməyilə xəmirdən dairələr kəsin, içinə iç qoyub xəmirə dodaq şəkli verib siniyə düzün.
Bir tavada kərə yağını və ya marqarini qaynara düşənə qədər əridin. Qaşıqla "dodaqların" üzərinə gəzdirin.
170 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin (30-35 dəqiqə).
Hazır olandan sonra bir az istiykən üzərinə soyudulmuş şərbəti tökün.
Nuş olsun!
Milli.Az