“Netflix” Bekhem barədə sənədli serial çəkir

14 İyul 2022 16:52

"Netflix" İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin həyatı barədə sənədli serialın çəkilişlərinə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bekhemin özü sosial şəbəkədə məlumat yayıb.

O, bildirib ki, serialda indiyədək heç yerdə dərc olunmyana arxiv materialları, danışılmamış hekayələr, eləcə də yaşadıqlarının bir hissəsi olan insanlarla müsahibələr yer alacaq.

Qeyd edək ki, serialın rejissorlu və prodüseri Fişer Stevens və Con Battsekdir.

Milli.Az