Ledi Qaqa geyimləri üçün mühafizəçilər tutdu

14 İyul 2022 16:07

Ledi Qaqa qarşıdan gələn "Chromatica Ball" dünya turnesi zamanı qarderobunu qorumaq üçün mühafizə qrupunu işə götürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçının bu addımı geyimlərinin olduqca baha olması ilə izah edilib.

Məlumata görə, mühafizəçilər gecə və gündüz növbə ilə çalışacaqlar. Müğənninin paltarları gün boyu 24 saat ərzində qorunacaq.

Milli.Az