Şəhriyar məğlub oldu, pley-offa yüksələ bilmədi

14 İyul 2022 08:17

Şahmat üzrə Çempionlar turu çərçivəsində "FTX Road to Miami" turnirinin ilkin mərhələsi başa çatıb.

ABŞ təmsilçiləri Cefri Ksionq, Samuel Sevian və norveçli Aryan Tari ilə keçirdiyi qarşılaşmalarda məğlub olan qrosmeysterimiz Şəhriyar Məmmədyarov pley-offa düşə bilməyib. Belə ki, o, 18 xalla 10-cu yerdə qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 16 iştirakçıdan 8-i pley-offa vəsiqə qazanıb.

Milli.Az