Ukrayna rusların iki "Uraqan"ını məhv etdi

14 İyul 2022 08:50

Ukrayna Silahlı Qüvvələrinin 28-ci Əlahiddə Mexaniki Briqadasının döyüşçüləri ölkənin cənubunda Rusiyaya məxsus iki "Uraqan" reaktiv yaylım atəş sistemini məhv ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna SQ-nin Quru Qoşunları məlumat yayıb.

Bildirilib ki, məhz bu reaktiv sistemlərlə Nikolayev və digər şəhərlər atəşə tutulurdu.

Milli.Az