Pakistan ordusu 10 terrorçunu zərərsizləşdirib

14 İyul 2022 08:34

Pakistan təhlükəsizlik qüvvələri ölkənin Hayber-Paxtunxva əyalətində 10 terrorçunu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, onlar "Təhrik-e Taliban Pakistan" terror təşkilatının üzvləri idi.

Pakistanın kəşfiyyat orqanlarının məlumatına əsasən, öldürülən 10 terrorçu bölgədə hökumət qüvvələrinə və dinc əhaliyə qarşı terror aktlarında iştirak edib.

Milli.Az