Tovuzda dəhşətli QƏTL - Ər arvadının boğazını kəsdi

13 İyul 2022 14:00

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-ya bildirib ki, qətli törədən şəxs Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi açılıb.

Milli.Az