Üç nəfərlik maşından 27 nəfər düşdü - VİDEO

13 İyul 2022 16:22

Hindistanda polis sürət həddini aşdığı üçün yerli sakinlərin "tuk-tuk" adlandırdıqları üç nəfərlik avtomobili saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saxlanma anının görüntüləri sosial mediada yayılıb.

Belə ki, saxlanılma zamanı üç nəfərlik maşında 27 nəfərin getdiyi məlum olub.

Hadisə Uttar Pradeş ştatının Fatehpur şəhərində yaşanıb.

Milli.Az