“Apple” sükansız və pedallarsız avtomobil buraxacaq

13 İyul 2022 10:37

Apple 2025-ci ildə avtonom idarə olunan avtomobilini təqdim etməyi hədəfləyir. Məlumata görə, ABŞ şirkəti uzun müddətdir ki, pilotsuz avtomobilin prototipini sınaqdan keçirir və bir neçə dəfə məyusedici nəticələrlə üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda şirkət sükansız və pedallarsız avtomobil istehsalı üçün icazə almağa çalışır. Avtomobilin salonundakı oturacaqlar üz-üzə yerləşdiriləcək. Səyahət zamanı sərnişinlər bir-birilə rahat söhbət edə biləcəklər.

Milli.Az