İyulun 12-də UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Polşanın "Lex" klubunu 5:1 hesabı ilə məğlub edib. "Qarabağ" səfərdəki qarşılaşmada isə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib.
Günün digər oyunlarının nəticələri aşağıdakı kimidir:
RFŞ (Latviya) - HIK (Finlandiya) - 2:1 (penalti 4:5)
İlk oyun - 0:1.
"Jalgiris" (Litva) - "Balkani" (Kosovo) - 0:0 (əlavə vaxt 1:0)
İlk oyun - 1:1.
"Qarabağ" (Azərbaycan) - "Lex" (Polşa) - 5:1
İlk oyun - 0:1.
"Linkoln" (Cəbəllütariq) - "Şkupi" (Şimali Makedoniya) - 2:0
İlk oyun - 0:3.
"Şerif" (Moldova) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0
İlk oyun - 0:0
"Tirana" (Albaniya) - "Düdelanj" (Lüksemburq) - 1:2
İlk oyun - 0:1.
"Hibernians" (Malta) - "Şemrok Rovers" (İrlandiya) - 0:0
İlk oyun - 0:3.
"Sutyeska" (Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan) - 0:1
İlk oyun - 0:2.
"Vikinqur" (İslandiya) - "Malmö" (İsveç) - 3:3
İlk oyun - 2:3.
Milli.Az