Dənizdə batan 5 nəfər xilas olunub

12 İyul 2022 22:44

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Astara" sularda xilasetmə məntəqəsinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Milli.Az