Polşada qafqazlı "qanuni oğru"lar qandallandı

12 İyul 2022 22:43

Polşada həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatda 2-si "qanuni oğru" olmaqla, ümumilikdə 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Polşanın paytaxtı Varşavada "qanuni oğrular" arasında nüfuzun bölüşdürülməsi üçün "oğru yığıncağı" təşkil olunub.

Lakin yığıncaq polis tərəfindən basılıb və 2 qanuni oğru -Sulxan Kloçrelidze və Mamuka Kvijinadze, həmçinin 2 kriminal avtoritet Aleksandre Pavliaşvili və Ramaz Jinçaradze saxlanılıb.

Sözügedən "oğru yığıncağı"nda tanınmış "qanuni oğru" Lavasoğlu ləqəbi ilə tanınan Mindia Giorgadze də iştirak edirmiş, lakin o və bir neçə kriminal avtoritet polisin əməliyyatından öncə yığıncaqdan qaça biliblər.

Qeyd edək ki, Varşavada saxlanılan "qanuni oğrular" İnterpol xətti ilə Gürcüstan tərəfindən axtarışa verilmiş şəxslərdir.

Milli.Az