Filip Ozobiç: "Yaxşı komanda olduğumuzu göstərdik"

12 İyul 2022 22:32

"Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan "CBC Sport"a açıqlamasında sonra deyib.

Təcrübəli yarımmüdafiəçi oyunun məsuliyyətini dərk etdiklərini bildirib: "Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik".

Milli.Az