Bakıda ev yandı

12 İyul 2022 19:34

Bakı şəhərinin Xəzər rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az