Rusiyanın Ermənistandakı hərbi bazasında YANĞIN

12 İyul 2022 19:22

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib. Ərazidə tikinti materialları anbarı yanıb.

Milli.Az bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 nəfər canlı qüvvəsi hadisə yerinə yola düşüb.

Təxminən 500 kvadratmetr sahəsi olan anbarın dam örtüyü yanıb.

Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.

Milli.Az