Elnarə makiyajsız VİDEOsunu paylaşıb bunu yazdı

13 İyul 2022 01:14

"Nə yazıq ki, zaman heç kimə güzəşt etmir və özümüz də hiss eləmədən illərimiz ömrümüzdən sürüşüb yavaş-yavaş qeyb olur".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova instarqam hesabında yazıb. Makiyajsız görüntüsünü paylaşan ifaçı bunları əlavə edib:

"Gedən vaxtınızın dəyərini bilin. Ömürə etibar yoxdur. Dəyərli vaxtınızı sevdiklərinizlə keçirin. Sonra gec ola bilər. Həyatınızı lazımsız neqativlərə, yersiz kin və ədavətə yox, sevgi və pozitivə kökləyin. Bizə qalan o olacaq. Sizi sevirəm".

Milli.Az