Putin İrana səfər edəcək

12 İyul 2022 13:22

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə İrana səfər edəcəyi gözlənilir.

Milli.Az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentindən bildirilib.

Məlumata görə, Prezident Vladimir Putin gələn həftə İran və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi planını müzakirə etmək üçün Tehrana səfər edəcək.

Onun iranlı həmkarı İbrahim Rəisi ilə təkbətək görüş keçirəcəyi gözlənilir.

Milli.Az