Rusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb

12 İyul 2022 12:07

Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

Milli.Az "Report"a istinadən bildirir ki, raket zərbələri nəticəsində şəhərdə bütöv bir yaşayış kompleksinin dağılması nəticəsində ölən sakinlərin sayı 30-a çatıb.

Son saatlarda xilasedicilərin dağıntılar arasında apardığı axtarışlar nəticəsində növbəti həlak olan sakinlərin nəşi aşkarlanıb.

Bildirilib ki, dağıntılar arasında axtarışlar davam edir və ölənlərin sayının artacağı istisna deyil.

Milli.Az