“WhatsApp”dan “Apple” istifadəçilərinə şad xəbər

12 İyul 2022 09:52

"WhatsApp"ın iOS versiyasında mesajlara müxtəlif emojilərlə cavab verməyə imkan yaradan yeni "Reactions 2.0" funksiyası tətbiq olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində mesencerin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

Bildirilib ki, artıq mesajlara smartfonun dəstəklədiyi istənilən emoji ilə reaksiya vermək mümkündür.

Yeniliyin tezliklə Android modellərində də tətbiqiq gözlənilir.

Milli.Az