ABŞ-da Olimpiya mükafatçısı metal boru ilə döyüldü

12 İyul 2022 17:30

2008-ci il Pekin Olimpiadasının gümüş mükafatçısı Kim Qlas Los-Ancelesdə hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, naməlum evsiz şəxs soyğunçuluq məqsədilə idmançını metal boru ilə döyüb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Voleybolçu kəllə-beyin travması və bir neçə sınıqla canını qurtarıb.

Qlassın dediyinə görə, o, göz nahiyəsinə dəyən zərbədən sonra kor olmaqdan qorxub.

Milli.Az