Şampanın tərkibində “ekstazi” tapıldı

12 İyul 2022 09:37

"Moet & Chandon" şampanının Avropada satışa çıxarılan partiyası geri çağırılıb.

Belə ki, onun tərkibində MDMA və ya "ekstazi" kimi tanınan metilendioksimetamfetamin tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, maddədən zəhərlənmə nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Nİderland, Lüksemburq və Almaniyada içkinin istehsalı dayandırılıb.

İstehlakçılara müvafiq xəbərdarlıq edilib.

Milli.Az