Nyu-Yorkun mərkəzində 500 cütlük evləndi

12 İyul 2022 13:30

Nyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.

Burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.

"Celebrating Love: (Re) Marriage" adlı tədbir Linkoln Mərkəzində keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mərkəzin saytında bu gün "toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün" adlandırılıb.

Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb.

Milli.Az