Gürcüstanda məmurlar hakim partiyadan istefa verdi

12 İyul 2022 08:54

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dörd bələdiyyədə dövlət vəzifələri tutan 4 üzvü istefa verib.

Axar.az Report-a istinadən xəbər verir ki, Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin yerli hakimiyyət orqanlarının nümayəndələri partiya sıralarını tərk ediblər.

Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola şəhər şurasının sədr müavini Omar Cixvaşvili və Axaltsixe şəhər şurasının sədr müavini Saba Kbilaşvili partiya ilə yanaşı, tutduqları vəzifələrindən də istefa verdiklərini elan ediblər.

Onlar bununla Gürcü Arzusunun sıralarını bu yaxınlarda tərk etmiş və Qərbi Gürcüstanı müharibəyə cəlb etməkdə cəhddə günahlandıran Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.

Milli.Az