Arıqlamağın yeni yolu tapıldı

30 Mart 2012 20:33
Bu, izafi çəkiyə malik 22-46 yaşlı 16 könüllünün qatıldığı sınaqlar zamanı sübut olunub.

Onların hər biri eksperiment zamanı orta hesabla 8 kq arıqlayıblar. Könüllülərin bəzilərinin çəkisi 10,5 faiz, piy və yağları isə 16 faiz azalıb.

Milli.Az WebMD-yə istinadən bildirir ki, sınaqlara cəlb edilmiş könüllərdən bəzilərinə plasebo, bəzilərinə isə tərkibində yaşıl qəhvə dənələri olan qidalar verilib. Alimləri sınaq iştirakçılarının rasionu dəyişmədən kökəlib-kökəlməyəcəkləri maraqlandırırdı.

Plasebo qəbul edənlərdən fərqli olaraq yaşıl qəhvə dənəli qidaları yeyənlərin çəkisi sürəkli azalıb.

Milli.Az