Rusiyada 829 hektar meşə yanğını söndürülüb

12 İyul 2022 08:28

Rusiyada yanğınsöndürənlər ötən sutka 829 hektar ərazidə meşə yanğınlarını söndürüblər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 829 hektar ərazidə 97 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 19 696 hektar sahədə 122 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.

Milli.Az