Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.
Milli.Az "report"a istinadən xəbər verir ki, Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bildirib ki, Belarus ŞƏT-ə üzv olmaq üçün təqdim etdiyi ərizə təşkilata üzv olan ölkələrə göndərilib.
Norov deyib ki, Səmərqənd sammitində onun ŞƏT-ə üzvlüyünə qəbul proseduru başlaya bilər.
Milli.Az