Çasov Yara raket zərbəsi endirildi: çox sayda ölən var

11 İyul 2022 22:38

Rusiya Donetsk vilayətinin Çasov Yar şəhərinə raket zərbəsi endirib.

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb .

Bildirilib ki, hücum nəticəsində ölənlərin sayı artıb. Xilasedicilər 31 nəfərin meyitini tapıblar.

"Ümumilikdə, hadisə yerində iş başlayandan: 30 nəfərin cəsədi tapılıb, 9 nəfər dağıntılar altından çıxarılıb. Bir nəfərin meyiti vizual olaraq müşahidə edilir", - məlumatda deyilir. (publika.az)

Milli.Az