Nüvə sualtı qayığında SEKS SKANDALI: Leytenatın qadınla görüntüləri və çəkdikləri çılpaq selfiləri...

11 İyul 2022 19:00

İngiltərədə yaşanan son skandal səs-küy yaradıb.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, Kral Donanmasında ikinci leytenant rütbəsində xidmət edən Qari Pattersonun nüvə sualtı qayığında bir qadınla münasibəti olduğu ortaya çıxıb.

Cütlüyün nüvə sualtı qayığında seks görüntüləri və çəkdikləri çılpaq selfiləri yayılıb. 27 il əsgər olan Patterson cəzalandırılıb. Cütlüyün həmçinin, HMNB Clyde nüvə bazasında da birlikdə olduğu məlum olub. 160-dan çox kişi və qadına cavabdeh olan Patterson donanmadan qovulma təhlükəsi ilə üzləşib. Qeyd olunub ki, rəhbərlərin donanma gəmilərində tabeliyində olanlarla birlikdə qalması, hərbi maşınlarda cinsi əlaqədə olması, eyni zamanda mühüm kəşfiyyat və təhlükəsizlik sirlərini daşıyan nüvə sualtı qayıqlarında şəkil çəkmək qadağandır.

Cütlüyün qadağan olunmuş birliyi üzə çıxandan sonra araşdırma başladılıb. Patterson əvvəlcə bunu inkar etsə də, daha sonra onların telefon və noutbuklarında çəkdikləri görüntülər tapılıb.

Qeyd edək ki, bu, ölkənin donanmasında baş verən ilk qalmaqal deyil. 2017-ci ildə kapitanın HMS Vigilant nüvə sualtı qayığında ikinci leytenantla birlikdə olduğu məlum olmuşdu. Keçən il isə bir leytenant və dənizçinin nüvə sualtı qayığında pornoqrafik görüntülər çəkdiyi müəyyən edilmişdi.

Milli.Az